Legioner futbolçu: “İnter”də qalmaq istəyirəm”

Yay transfer dönəminə sürətlə star verən və bir neçə futbolçu ilə güclənən Bakının "İnter” klubu müqaviləsi başa çatan futbolçuları ilə danışıqları davam etdirir. Buna qədər  Şahin Zəkiyevlə (3 il), Sərtan Taşkınla (2 il), Aqşin Quluzadə ilə (3 il), Mirhüseyn Seyidovla (2 il) və kapitan Nizami Hacıyevlə (1 il) müqavilələləri artıran Bakı təsmilçisinin danışıqlarını davam etdirdiyi futbolçulardan biri də paraqvaylı Sezar Meza Kollidir. "İnter” klubunun rəhbərliyi və məşqçilər korpusu təcrübəli yarımmüdafiəçini növbəti mövsümdə də komandada görmək istəyirlər. 
 

Newsport.az saytına açıqlama verən futbolçu özü də "İnter”də qalmağın əleyhinə olmadığını bilıdirib: "Hazırda Paraqvaydayam və bir müddət istirahət edəcəyəm. Müəyyən müddətdən sonra karyeramla bağlı qərar verəcəyəm. "İnter”lə yanaşı başqa təkliflərim də var.  "İnter”də qalmaq və yeni müqavilə imzalamaq istəyirəm”.
 
Qeyd edək ki, 24 yaşlı futbolçu 2013-cü ildən "İnter” klubunun uğurları üçün çalışır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right