"Xəzər Lənkəran”ın kapitanı Tural Cəlilovla böyük ölçüdə razılıq əldə edən "Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirə bilər. "Gənclik şəhəri” təmsilçisi mövsüm başa çatdıqdan sonra "Zirə”dən ayrılan Tərzin Cahangirovu rənglərinə bağlaya bilər.
Newsport.az-ın məlumatına görə, müqavilə ilə "Qəbələ”yə məxsus olan Cahangirov üçün "Sumqayıt” yad klub deyil. 24 yaşlı yarımmüdafiəçi "gənlik şəhəri” təmsilçisinin heyətində 2 uğurlu mövsüm keçirdikdən sonra "Zirə”yə cəlb olunmuşu. Sabiq 10 nömrənin yaxın günlərdə "Sumqayıt”la müqailə imzalayacağı gündəmdədir.
Qeyd edək ki, "Sumqayıt" mövsüm başa çatan kimi kapiatnı Vurğun Hüseynov və Bəxtiyar Həsənalıyev ilə müqavilə müddətini artırıb. Slavik Alxasov, Ağabala Ramazanov və Pərdis Fərcad Azad isə komandanı tərk edərək, "İnter"lə müqavilə imzalayıb.