Millimizin üzvü “İnter”dən ayrıldı

Laşa Kasradze, Laşa Salukvadze, Elşən Poladov və Yuri Fomenko ilə yollarını ayrıan "İnter”də növbəti ayrılıq reallaşıb.

Newsport.az-ın məlumatına görə, milli komandamızın hücumçusu Vüqar Nadirov Bakı klubundan rəsmən ayrılıb. Dövrlərarası fasilədə "İnter”ə əlb olunan futbolçu klubla yeni müqavilə haqqında razılıq əldə etməyib və ayrılmaq qərarı qəbul edib. Millimizin hücumçusunun hansı komanda ilə anlaşacağı hələlik bəlli deyil. 
 
Qeyd edək ki, "bankirlər” yay transfer dönəminə sürətlə start verib. Komanda Ağabala Ramazanov, Tərlan Quliyev, Slavik Alxasov və Pərdis Frəcad Azadı rənglərinə bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right