"Qarabağ” futbolçusu Samuel Armenterosla yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, hollandiyalı futbolçu şəxsi "twitter” hesabı vasitəsiylə izləıyicilərinə məlumat verib.
Armenteros yayda azad agent statusuna malik olacağını və bunun həmişə yaxşı hal olduğunu bildirib. 26 yaşlı forvard Azərbaycan kubokunun finalında "Neftçi” ilə qarşılaşmada Ağdam klubunun heyətində son matçını keçirəcək.
Qeyd edək ki, Armenteros mövsümün əvvəlində "Qarabağ”a transfer olunmuşdu. Armenteros mövsüm ərzində 23 rəsmi oyunda forma geyinmiş və 7 qol vurmağı baarmışdı.
