Qriqorçuk “Qəbələ”dən gedir?

“Qəbələ” baş məşqçisi Roman Qriqorçukla bağlı yekun qərarını verib.

Klubun meneceri Səbuhi Səfyarlının Newsport.az-a verdiyi məlumata görə, ukraynalı mütəxəssislə əməkdaşlıq davam etdiriləcək.

O xatırladıb ki, Qriqorçukun “Qəbələ” ilə 2017-ci ilin mayın sonuna kimi kimi müqaviləsi var.

Bu mövsümün gedişati zamanı “Qəbələ”nin bəzi oyunlardakı uğursuz çıxışları səbəbindən Qriqorçukun vaxtından əvvəl istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Qeyd edək ki, ukraynalı mütəxəssisin rəhbərliyi altında “Qəbələ” bu mövsüm Premyer Liqada üçüncü yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right