"Sumqayıt”dan Ağabala Ramazanov və Slavik Alxasovun, "Qarabağ”dan isə Tərlan Quliyevin keçidini həll edən "İnter” növbəti transferini reallaşdırıb.
Newsport.az-ın məlumatına görə, bakılılar son mövsümü "Qəbələ”nin heyətində keçirən Samir Zərgərovu rənglərinə bağlayıb. "Qırmızı qaralar”ın heyətində uğursuz mövsüm keçirən Zərgərovla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "İnter” bir neçə futbolçusu ilə müqavilə yeniləyib və Laşa Kasradze, Laşa Salukvadze və Elşən Poladovla yollarını ayırıb.