AFFA-nın prezidenti Rövnəq Abdullayev Türkiyə futbolunda önəmli işlər görən Süleyman Urmayla Avstriyada keçiriləcək təlim-məşq toplanışında görüş keçirəcək.
Newsport.az Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, Rövnəq Abdullayev Süleyman Urmanı milli komandanın idman direktoru vəzifəsinə gətirmək istəyir. Tərəflər 28 may tarixində Avstriyada görüşəcəklər.