İlkay Gündoğan Premyer Liqa klubu ilə anlaşdı

Dortmund "Borussiya”sının futbolçusu İlkay Gündoğan yeni mövsümdən etibarən karyerasını başqa klubda davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, Almaniya milli komandasının üzvünün İngiltərədə oynamaq şansı var. Almaniyanın yüksək tirajlı "Bild” nəşrinin yazdığına görə, 25 yaşlı təcrübəli yaımmüdafiəçi yeni mövsümündən Pep Qvardiolannın çalışaracağı "Mançester Siti” klubu ilə anlaşıb. "Şəhərlilər” bu trasnferə görə Borussiya təmsilçisinə 25 milyon avro ödəyəcək. 
 
"Bild”in digər məlumatına görə, Qvardiola "Borussiya”nın digər futbolçusu Pyer Eemerik Obameyanqı da rəhbərliyi altında görmək istəyir. Təcrübəli mütəxəssis həmçinin sabiq klubu "Barselona”nın qapıçısı Ter Ştegen, "Atletik”dən Laporte və "Everton”dan Stones kimi futbolçuların da komandaya cəlb olunmasının tərəfdarıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right