Azərbaycan milli komandasının futbolçusu Elvin Məmmədov "Zirə” ilə müqaviləsi başa çatıb. Təcrübəli futbolçunun gələcək karyerasını hansı klubda davam etdirəməsi maraqla gözlənilir.
Newsport.az saytına açıqlama verən Məmmədov gələcək karyerası ilə bağlı danışıb: "Zirə” rəhbərliyindən də təklif var. Hələ ki, müqavilə imzalamamışam. Digər təkliflər barədə isə danışmaq istəmirəm. Yəqin ki, 3-4 günə hər şey bəlli olacaq”.
Qeyd edək ki, Elvin Məmmədov qış transfer dönəmində "Qarabağ”dan ayrılmış, "Zirə” ilə yarım illik müqavilə imzalamışdı.