“Kəpəz”in avrokuboklara hazırlıq planı bəlli oldu

Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünü 5-ci pillədə başa vuran və 16 illik fasilədən sonra avrokuboklarda oynamaq şansı qazanan "Kəpəz”in hazırlıq planı bəlli olub.

Newsport.az saytına daxil olan məlumata görə, Gəncə təmsilçisi 3 mərhələdən ibarət hazırlıq keçəcək. Komanda məşqlərinə iyun ayının 10-da start verəcək və ölkə daxilində toplanış keçəcək. Şahin Diniyevin komandası hazırlığın II mərhələsini Türkiyədə keçirəcək. Böyük ehtimalla "Kəpəz” Türkiyənin Ərzurum bölgəsində hazırlıq keçəcək. Ölkə xaricindəki toplanışın böyük ehtimalla 10 gün davam edəcəyi gözlənilir və bu toplanış çərçivəsində komanda bir neçə yoxlama görüşündə qüvəssini sınayacaq. Komanda daha sonra Bakıya qayıdacaq və Avropa Liqasının oyununa qədər Bakıda hazırlaşacaq. 
 
Qeyd edək ki, Avropa Liqasının təsnifat mərhələsindəki ilk görüşlər iyunun 30-da olacaq. Cavab qarşılaşmaları isə iyul ayının 7-də keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right