“Real”da ciddi itki: Finalda oynamayacaq

Madridin "Real” klubu ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Zinəddin Zidan komandanın aparıcı müdafiəçisi Rafael Varanın xidmətindən məhrum olub. Fransız futbolçu komandanın məşqi zamanı xəarət alıb. Aparılan tibbi müayinədən sonra 23 yaşlı futbolçunun sol ayaq əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb. 
 
Təcrübəli futbolçu mayın 28-də Çempionlar Liqasının finalında "Atletiko” ilə qarşılaşmada komandasına kömək edə bilməyəcək. Fransa milli komandasının üzvünün ölkəsində keçiriləcək Avropa çempionatında iştirak edib-etməyəcəyi isə bəlli deyil. 
 
Qeyd edək ki, Varan 2011-ci ildən "Real”da, 2013-cü ildən isə Fransa milli komandasında çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right