“İnter” hərəkətə keçdi: 5 futbolçu ilə yeni müqavilə imzalandı

Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünü 4-cü pillədə başa vuran Bakının "İnter” klubu istirahətə buraxılıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "bankirlər” iyunun 18-də "İnter Arena”da toplaşaraq yeni mövsümün hazırlıqlarına start verəcəklər.
 
Klub rəhbərliyi artıq heyəti komplektləşdirmək yönündə də addımlar atmağa başlayıb. Belə ki, müqavilə müddətləri başa çatmış bəzi futbolçularla yeni razılaşmalar əldə olunub.
 
Paytaxt klubu belə oyunçulardan Şahin Zəkiyevlə (3 il), Sərtan Taşkınla (2 il), Aqşin Quluzadə ilə (3 il), Mirhüseyn Seyidovla (2 il) və kapitan Nizami Hacıyevlə (1 il) müqavilələləri yeniləyib.
 
Anlaşmaları sona çatmış digər futbolçularla da danışıqlar gedir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right