"Qarabağ" "Neftçi" ilə oyunun biletlərini satışa çıxardı

Mayın 25-də Azərbaycan kubokunun finalında "Neftçi" ilə qarşılaşacaq "Qarabağ" matçın biletlərini bugündən etibarən satışa çıxarıb. 

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.

Qeyd edək ki, “Qarabağ” azarkeşləri üçün 1-13-cü sektorlara olan biletlər nəzərdə tutulub. 1-10-cu sektorlara biletin qiyməti 1 manat, 11-12-ci sektorlara 3 manat, 13-cü sektora isə 5 manatdır.

Xatırladaq ki, mayın 25-i keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 20:00-da start götürəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right