Azərbaycan milli komandasının futbolçusu Tərlan Quliyevin yeni klubunun adına aydınlıq gəlib.
Newsport.az-ın əldə etdiyi məlumata görə, yenicə başa çatan mövsümü icarə əsasında "Kəpəz”də keçirən futbolçu bundan sonra Bakının "İnter” klubunun uğurları üçün çalışacaq. O, "bankirlər”lə 1 illik müqavilə imzalayıb.