Luis Alberto Diezlə (Tato) yollarını ayıran "Zirə”də növbəti ayrılıq reallaşıb.
Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi kapitanı Rəşad Abdullayevlə yollarını ayırıb.
Klubdan əldə etdiyimiz məlumata görə, təcrübəli futbolçu ilə qarşılıqlı razılıq əldə olunub.
Qeyd edək ki, Azərbaycan milli komandasının sabiq üzvü mövsümün əvvəlində paytaxtın AZAL klubundan "Zirə”yətransfer olunmuşdu.