Ermin Zets "Qəbələ"dən getdi!

“Qəbələ” hücumçusu Ermin Zetslə yollarını ayırıb.

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2015-ci ilin iyul ayından “qırmızı-qara” formanı geyinən futbolçu “Qəbələ”nin uğurları üçün 1 mövsüm çalışıb.

Komandanın heyətində 36 oyun keçirib, 10 qol vuran bosniya və herseqovinalı hücumçu 2015/16 mövsümündə komanda ilə Topaz Premyer Liqasının bürünc mükafatçısı olub.

28 yaşlı legioner Premyer Liqada 23 oyunda 7, Azərbaycan kubokunda 4 oyunda 3 qol vurub, Avropa Liqasında 9 matçda forma geyinib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right