Qara Qarayev “Neftçi”yə keçir?

"Qarabağ”ın futbolçusu Qara  Qarayev Azərbaycan Premyer Liqasının XXXVI turunda AZAL üzərində qazanılan qələbədən sonra (3-0) Newsport.az-ın cavablandırıb. O, müsahibə zamanı milli komandamızın növbəti toplanışından və "Qarabağ”dakı gələcək karyerasından danışıb. 

 
- Gənc yaşında üçüncü çempionluğu qeyd edirsən. Bu, hər  futbolçuya qismət olmur. Nə hisslər keçirirsən?
- Medallarımın sırasına yaşlananda bəlkə də nəvələrimə, bəlkə də övladlarıma  göstərə biləcəyim medal əlavə etdim. Gözəl duyğulardı. Artıq üç qat Azərbaycan çempionu olmuşuq. Bu yaşda allahın bunu mənə qismət eləməsi mənim üçün böyük lütfdür. Allaha şükr edirəm. Başqa deyəcəyim bir şey yoxdur. Daha əzmlə, daha artıq güclə çalışmaq lazımdır.
 
- Azərbaycan mümkün olan bütün titulları qazanmısan. Kənara çıxmaq və daha iddialı kluba keçmək barəsində hədəflər böyümürmü? 
- Qışda əcnəbi klublardan təklif almışdım. Təbii ki, böyüklərimlə, məşqçilərimlə məsləhətləşmələr apardıq. Qaneedici şərtlər olsa, ölkə xaricinə yollanmaq olar. Amma bu gün getməklə bağlı plan yoxdu.
 
- "Neftçi”yə keçəcəyinizlə bağlı xəbərlər yayılıb. Buna münasibətinnecədir?
- Yalan xəbərlərdi. Heç yerə getmirəm. Dəyişiləsi heç nə yoxdur. Komandamın simpatiyası, hörməti məni burda qalmağa vadar edir.  Məcburiyyət olmayınca "Qarabağ”ı tərk etməyəcəm. 
 
- Artıq Migel yaxşı formadadı. Onun sizi ehtiyata atacağından çəkinmirsiniz?
- Bu suallara baş məşqçi cavab verə bilər. Desəm ki, mən çox oynayacam, başqa cür alınacaq. Baş məşqçimizin qərarına hörmətlə yanaşacam. Az və ya çox oynamağımdan asılı olmayaraq, bu bayraq altında çıxış etmək həqiqətən də şərəfdi.
 
- Kubok oyunundan dərhal sonra millinin toplanışına qoşulacaqsınız. Gücünüz yetəcəkmi?
- Bəzi futbolçular dincəlməyə yollanacaq, amma bizim işimiz mayın 25-dən sonra da davam edəcək. Çempionat başa çatsa da, millinin toplanışına qatılacağıq. Özümüzdə güc hiss edirik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right