"Avropa Liqasına çıxdığımız üçün sevinirik" - Vəli Qasımov

"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Premyer Liqanın sonuncu turunda "Sumqayıt"la oyundan (1:2) sonra  mətbuat konfransı keçirib.

Newsport.az-ın məlumatına görə, V.Qasımov məğlubiyyətdə AZAL-ın uduzmasının da rol oynadığını bildirib.

- Qalib gəlmək istəyirdik. Xeyli qol epizodlarımız oldu, amma istifadə edə bilmədik. Digər yandan, "Qarabağ"ın hesabda öndə olduğunu bildikdən sonra arxayınlaşdılar. Hər halda, Avropa Liqasına çıxdığımız üçün sevinirik.
 
- Azərbaycan kubokunun final oyununa hansı sürpriz etmək istəyirsiniz?

- Sürprizimiz qələbə qazanmaqdır. Əlimizdən gələni edəcəyik ki, qalib gələk. 
 
- Avropa Liqasına vəsiqə qazandığınızı dediniz. Amma hələ CAS "İnter"lə bağlı qərarını elan etməyib...

- UEFA-nın qərarından nə isə dəyişəcəyinə inanmıram. Təki "İnter"in xeyrinə olsun. Amma qanun hamı üçün eynidir. İnanmıram ki, nə isə dəyişsin. 
 
- Avroliqaya "Neftçi" kimin rəhbərliyi altında yollanacaq?

- Bu il Avropa Liqasında mümkün qədər irəli getməyə çalışacağıq. Mən mövsümün sonunadək komandaya kömək edəcəyəm. Avroliqaya kimin rəhbərliyi altında gedəcəyimiz Müşahidə Şurasının qərarından asılı olacaq. 

Sportnet.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right