Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün qalibi “Qarabağ” qızıl medallarına sahib çıxıb. Ağdam klubu Premyer Liqanın sonuncu – XXXVI turunda AZAL üzərində qazanılan qələbədən sonra (3-0) mükafatına sahib çıxıb.
Newsport.az-ın məlumatına görə, PFL-ın prezidenti Ramin Musayev qarşılaşmadan sonra qızıl medalları Ağdam təmsilçisinə təqdim edib. Qızıl medallarına sahib çıxan Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov medalını fiziki məhdudiyyətli jurnalistə hədiyyə edib. Təcrübəli mütəxəssis "inclesivenews.org" saytının əməkdaşı Orxan Əliyevə bağışlayıb.