Adil Şükürov: “Komandada işimi davam etdirmək niyyətindəyəm”

Azərbaycan Premyer Liqasının sonuncu – XXXVI turunda "İnter” doğma azarkeşləri önündə "Zirə”ni qəbul edib. Qarşılaşma "İnter”in 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Newsport.az-ın məlumatına görəoyunsonrası mətbuat konfransında "Zirə”nin çalışdırıcısı Adil Şükürov fikirlərini bildirib: 
 
"Azarkeşlərimizə çox sağ ol deyirəm. Ağır mövsüm keçirdik. Çalışırdıq ki, mövsümü mayor notlarla bitirək. Ancaq alınmadı. Bundan sonra növbəti mövsüm haqqında düşünməliyik”.
 
- Legionerlərlə vəziyyət necədir? Bir də ki, heyətdə hansı dəyişikliklər ediləcək?
- Bütün mövqelərdə güclənməyə  çalışacağıq. Oyunçularaın bəziləri ilə danışmışıq. Bütün mövqelərdə güclənmək lazımdı.Gələn mövsüm üçün daha güclü komanda yaratmağa çalışacağıq.
 
- Komandada fəaliyyətinizi davam etdirəcəksiniz?
- Biz yeni komandayıq. İlk mövsümdə yaxşı nəticə qazanacağıq. Komandada işimi davam etdirmək niyyətindəyəm.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right