"Zirə"nin hücumçusu Nelson Bonilla cəzalı olduğu üçün rəhbərlikdən icazə alaraq ölkəsi - Salvadora gedib. 26 yaşlı hücumçu ölkəsinin Peru və Ermənistanla keçirəcəyi yoldaşlıq oyunlarına dəvət alıb.
Newsport.az-ın məlumatına görə, adı Serbiyanın "Partizan" klubu ilə hallanan Bonilla söz-söhbətlərə aydınlıq gətirib:
"Mən ilk olaraq "Zirə" ilə danışıqlar masası arxasına oturacam. "Partizan" mənə rəsmi təklif göndərməyib. Bu xəbərlərdən məlumatsızam".