Qış fasiləsində klub rəhbərliyinin qərarı ilə əvəzedici heyətə göndərilən "Xəzər Lənkəran”ın gənc müdafiəçisi Kamran Abdullazadə cənub klubunda son matçına çıxıb.
Newsport.az-ın məlumatına görə, Abdullazadə əvəzedicilərin heyətində "Rəvan”la oyunda meydanda olub və oyundan sonra komandadan gedəcəyini bildirib. Kamranın mövsümün sonunda "XəzərLənkəran”la müqaviləsi başa çatır və futbolçu azad agent statusu alaraq istədiyi komandaya keçə biləcək.
Futbolçunun sosial şəbəkədə paylaşdığı həmin statusu təqdim edirik:
"Bu gün "Xəzər Lənkəran”da axırıncı oyunuma çıxdım. Bütün "Xəzər Lənkəran” azarkeşləri "çox sağolun” deyirəm. Allah hamınızdan razı olsun. Azarkeşlərimizi unutmaq mümkün deyil. Haqqınızı halal edin. Nə vaxtsa "Xəzər Lənkəran”a qayıtaq ümidi ilə...”