Bu gün Premyer Liqada 2015/2016 mövsümünə yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, 36-cı turun bütün görüşləri bu gün keçiriləcək.
Gəncədə "Kəpəz" "Qəbələ"ni qəbul edəcək. Eyni xala malik olan və turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların dueli maraqla gözlənilir.
"İnter" öz meydanında "Zirə"ni sınağa çəkəcək. Zaur Svanadzenin komandası turnir cədvəlinin üçüncü pilləsindəki mövqeyini qorumaq və çempionatın bürünc medallarına yiyələnməsi üçün bu görüşdən mütləq qələbə ilə ayrılmalıdır.
Çempionatın autsayder klubları - "Rəvan" və "Xəzər Lənkəran" bu dəfə "Bayıl Arena"da üz-üzə gələcək. "Neftçi" səfərdə "Sumqayıt"ın, AZAL isə çempion "Qarabağ"ın qonağı olacaq.
20 may (cümə)
Azərbaycan Premyer Liqası, 36-cı tur
19:00. "Sumqayıt" – "Neftçi" - 2:1
Qollar: Araz Abdullayev, 14 (0:1), Vaqif Cavadov, 17 (1:1),Amil Yunanov, 63 (2-1)
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov
“Kapital Bank Arena”.
19:00. "Qarabağ" – AZAL - 3:0
Qol: Mahir Mədətov, 21 (1:0), Migel Madera, 30 (2:0) ,Dani Kintana,41 (3-0)
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
“Azersun Arena”.
17:00. “Kəpəz” – “Qəbələ” - 0:1
Qol: Aleksey Qay, 76 (0:1)
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov
Gəncə şəhər stadionu.
17:00. “İnter” – “Zirə” - 1:0
Qol: Abbas Hüseynov, 69 (1:0)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov
“İnter Arena”.
17:00. “Rəvan” – “Xəzər Lənkəran” - 2:2
Qollar: Bayram Budaqov, 2 (0:1), İbrahim Qədirzadə, 66 (0:2), Yasin Həmid, 76 (1:2), Ramazan Abbasov, 82-pen (2:2)
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov
“Bayıl Arena”.