Bu ayın 25-də Azərbaycan kubokunun final matçı keçiriləcək. Həlledici mərhələdə "Qarabağ” və "Neftçi” komandaları Tofiq Bəhramov adına Respublika stadionunda münasibətlərinə aydınlıq gətirəcək.
Newsport.az-ın məlumatına görə, bu matçın biletləri mayın 20-dən etibarən satışa çıxarılacaq. Əldə etdiyimiz məlumata görə, qarşılaşma üçün 23 min bilet satışa çıxarılacaq ki, həmin biletlərin qiyməti 1,3, 5 manat arasında dəyişəcək. Qarşılaşmanı VİP zonadan izləmək istəyənlər isə 50 manatlarından keçməli olacaqlar.
Bu arada final matçında ölkəmizin 1 nömrəli arenası iki hissəyə bölünəcək. Belə ki, 1-13 sektorlar "Qarabağ” azarkeşləri, 16-28-ci sektorlar isə "Neftçi” azarkeşləri üçün ayrılıb.
Qeyd edək ki, "Qarabağ” – "Neftçi” qarşılaşması 20:00-da başlayacaq. Oyun "CBC Sport” telekanalı vasitəsiylə canlı yayımlanacaq.