Cümə günü Azərbaycan Premyer Liqasının sonuncu –XXXVI turunun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, Premyer Liqanın sonuna 4 tur qalmış çempionluğunu rəsmiləşdirən "Qarabağ” doğma azarkeşləri önündə AZAL-ı qəbul edəcək.
Ağdam təmsilçisi AZAL üzərində qələbə qazanacağı təqdirdə Azərbaycan Premyer Liqasında ilki rəsmiləşdirəcək. Belə ki, "təyyarəçilər” üzərində qazanılacaq qələbə "Qarabağ”ın ən yaxın izləyicisi ilə xal fərqinin 19-da qalmasına səbəb ola bilər. Əgər "Zirə” "İnter”lə səfər matçında xal itirsə, bu fərq daha da artacaq.
Azərbaycan çempionatında buna qədər 19 xallıq fərqlə çempion olan komanda olmayıb. Bunadək "Kəpəz” 1998-ci ildə 16 xallıq fərqlə çempion olmağı bacarıb.