Rusiyalı mütəxəssis azərbaycanlı hakimlərə dərs keçdi

Bakıda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatının oyunlarına təyinat almış hakim və hakim-inspektorlar üçün seminar keçirilib.

Newsport.az-ın  məlumatına görə, seminar rusiyalı mütəxəssis, beynəlxalq dərəcəli hakim-inspektor Nikolay Levnikovun rəhbərliyi ilə keçirilib.
Seminarda AÇ-nin oyunları zamanı baş vermiş mübahisəli epizodlar müzakirə olunub, oyun qaydalarındakı yeniliklər haqda məlumat verilib.
Tədbirdə Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan hakim və hakim-inspektorlar da iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right