Adil Şükürov: ”Xəzər Lənkəran” klubunun heyətində istədiyimiz futbolçular var”

Azərbaycan teleməkanının populyar futbol verilişi "TOP-TOP" mayın 17-də növbəti dəfə efirə gedib.

Newsport.az-ın  məlumatına görə, aparıcı Araz Əhmədovla bərabər bu dəfə müzakirəyə qatılanlar “Zirə” klubunun baş məşqçisi Adil Şükürov, “Xəzər-Lənkəran” azarkeşi Kərim Kərimov və “Qaynarinfo.az” saytının əməkdaşı, idman jurnalisti Səbuhi Tofiqoğlu olub. Verilişdə Premyer Liqanın son turunda cərəyan edən hadisələr, “Zirə”nin növbəti mövsüm üçün planları və “Xəzər Lənkəran” komandasının düşdüyü durum müzakirə edilib. Qeyd edək ki, "TOP-TOP" proqramı hər həftənin çərşənbə axşamı saat 19:00-da "MYVİDEO" kanalında canlı yayımda efirə gedir. "MYVİDEO" kanalı KATV kabel televiziyası və internet vasitəsilə yayımlanır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right