"Qəbələ” Azərbaycan Premyer Liqasının XXXVI turunun "Kəpəz”lə oyununun hazırlığına start verib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, XXXV turun AZAL-la ev oyunundan (2:0) sonra bir günlük istirahətə buraxılan "qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gəlib.
Roman Qriqorçukun koamndası mövsümün son oyununun hazırlığını bu gün öz stadionunda keçirəcəyi məşqlə davam etdirəcək.
Xatırladaq ki, mayın 20-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz” - "Qəbələ” oyunu saat 17:00-da başlayacaq.