Ramin Musayev bombardiri mükafatlandırdı FOTO

I divizionun başa çatan mövsümünün bombardiri Röyal Nəcəfov mükafatlandırılıb.

Newsport.az-ın məlumatına görə, bu gün AFFA-nın inzibati binasına dəvət olunan MOİK-in hücumçusu mükafatına qovuşub.
 
24 qolla mövsümün ən sərrast oyunçusu adını qazanan Nəcəfova mükafatı Peşəkar futbol Liqasının (PFL) prezidenti Ramin Musayev təqdim edib. Musayev bombardiri təbrik etməklə yanaşı, ona uğurlar arzulayıb. 
 
Qeyd edək ki, bu gün həmçinin, I divizionun gümüş və bürünc medallarının sahibləri də mükafatlandırılıb. AFFA-nın inzibati binasında keçirilən tədbirdə  "Qaradağ Lökbatan” gümüş, "Ağsu” isə bürünc medallarına qovuşub. Onlara da mükafatları Ramin Musayev təqdim edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right