Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.
Newsport.az-ın məlumatına görə, iclasda "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun anasının MŞ-yə müraciətinə münasibət bildirilib.
Qeyd olunub ki, C.Hüseynov haqqında bir sıra kütləvi informasiya vasitələrinin təqdim etdiyi yazılar ailənin əlavə mənəvi-psixoloji sarsıntılara məruz qalmasına səbəb olur. Komissiya C.Hüseynovun anasının müraciətində həmin tipli məlumatların bu ailəyə sarsıntılar yaşatdığını, faciə ilə üzləşən digər tərəfin də hislərinin nəzərə alınmasını vacib hesab edib.(report)