Futbol üzrə Azərbaycan Birinci Divizionunun 2015/2016-cı illər mövsümündə gümüş və bürünc medalların sahibləri mükafatlandırılıb.
Newsport.az-ın məlumatına görə, bu gün AFFA-nın inzibati binasında keçirilən tədbirdə "Qaradağ Lökbatan” gümüş, "Ağsu” isə bürünc medalların qovuşub. Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edərək, komandalara və futbolçulara öz arzularını bildirib.














