"Ümumilikdə I Diviziondan narazılığım yoxdu. Ən azı bu il Premyer Liqaya bir komanda gəlməlidi. Divizon futbolçularına səslənirəm, Premyer liqa klubu sizə az maaş təklif etsə belə qəbul edin".
Newsport.az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Qurum başçısı divizionda tətbiq edilən limitlə bağlı narazılığa bu cür reaksiya verib:
"Limitlə bağlı yeni fikirlər irəli sürmüşdüm. Ancaq Məşqçilər Komitəsi razı olmadı. Tək qışqırdım, ancaq səsimə səs verən olmadı. Divizondu deyib keçmirik. Diviziona diqqət maksimumdur. Hakimliyindən tutmuş hər şeyinə kimi. Misal üçün, o gün "Şahdağ" oyuna çıxmadı. Mən bildim orda kimin barmağı var idi və həmin adam cəzalandı".