“Zirə”də Suraxanıda mükafatlandırılacaq

Həftəsonu Azərbaycan Premyer Liqasında sonuncu – XXXVI tur keçiriləcək. Sonuncu turun qarşılaşmalarından sonra mövsümün qaliblərinin mükafatlandırılma mərasimi baş tutacaq. 
 
Ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olan "Qaarabağ” doğma "Azərsun Arena”da baş mükafatlandırılacaq.

Newsport.az-ın məlumatına görə, sonuncu turda AZAL-la qarşılaşma başa çatdıqdan sonra Ağdam klubu mükafatlarına qovuşacaq. 
 
Premyer Liqanın ikincisi "Zirə”də "Qarabağ”ın stadionunda mükafatlandırılacaq. Belə ki, Adil Şükürovun komandası sonuncu turda "İnter”ə qonaq olacaq. Sözügedən matç 17:00-da başlayacaq. Bu matçdan sonra "Zirə” "Azersun Arena”ya təşrif buyuracaq və medallarına "Qarabağ”la birgə Suraxanıda qovuşacaq. 
 
Premyer Liqada bürünc medal uğurunda qızğın mübarizə gedir. Belə ki, üç komanda – "İnter”, "Kəpəz” və "Qəbələ”nin medala sahib çıxmaq şansı var. "İnter” sonuncu turda "Zirə” üzərində qələbə qazansa bürünc medallara sahib çıxacaq və "bankirlər”də "Zirə” və "Qarabağ” kimi "Azersun Arena”da mükafatlandırılacaq.  
 
Əgər "İnter” məğlub olsa, "Kəpəz” – "Qəbələ” duelində qalib gələn komanda bürünc medallara sahib çıxacaq.  Həmin komandanın mükafatlandırılma mərasimi isə başqa vaxta təyin ediləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right