Azərbaycan Premyer Liqasının 36-cı turunda doğma meydanda "Qəbələ”ni qəbul edəcək "Kəpəz” bu oyunun hazırlıqlarına başlayıb.
Newsport.az-ın məlumatına görə, dünən bərpaedici məşqlə kifayətlənən komanda bu gün meydanda çalışacaq.
Bakıda olan "sarı-göylər” paytaxt hazırlığını mayın 18-də başa vurub ayın 19-da Gəncəyə gələcək. Həmin gün komandanın məşqi matçın keçiriləcəyi arenada saat 18:00-da start götürəcək.
Bütün ev oyunlarından öncə olduğu kimi, mövsümün son məşqi də mətbuat və azarkeşlər üçün açıq olacaq.