Divizionda mövsümün son cəzaları açıqlandı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, aparılan müzakirələrdən sonra Birinci Divizionun 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

"Şərurspor” – "Bakı” matçında "Bakı”nın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində "Bakı”nın futbolçusu Valeh Seyidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

"Bakılı” – "Göyəzən” matçında "Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

"Turan Tovuz” – "Səmkir” matçında "Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

"Zaqatala” – "Ağsu” matçında "Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right