Azərbaycan milli komandasının Avstriyada keçiriləcək təlim-məşq toplanışına dəvət edilən 3 futbolçusu hazırlıqları erkən tərk edəcək.
Newsport.az-ın məlumatına görə, Budaq Nəsirov, Adil Nağıyev və Vüqar Mustafayev mayın 27-də əsas komandanın düşərgəsindən ayrılacaq.
Onlar 21 yaşadək futbolçulardan ibarət yığmanın hazırlıq prosesinə qoşulacaqlar.
Qeyd edək ki, U-21 Sloveniyada toplanışda olacaq.