Klublarımız avrokuboklarda: Oyunların vaxtı bəllidi!

Bu mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək klubların oyunlarının vaxtı bəllidir.
Newsport.az-ın məlumatına görə, Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq "Qarabağ”ın ilk oyunu iyulun 12-13-də olacaq. Bu mərhələnin cavab matçları isə iyulun 19-20-də baş tutacaq. 
Avropa Liqasında isə ilk görüşlər iyunun 30-da olacaq. Cavab matçları isə iyulun 7-də keçiriləcək.
Qeyd edək ki, Avropa Liqasında ölkəmizi 3 komanda təmsil edəcək. Bunlardan ikisi - "Qəbələ” və"Kəpəz”in qitənin iki nömrəli klub turnirinə vəsiqə qazanmasına aydınlıq gəlibsə, 3-cü komandanın adı bəlli deyil.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right