Azarkeşləri “Kəpəz”lə “Neftçi”ni ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 34 və 35-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

AZAL - "Zirə” matçında (34-cü tur) AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Kəpəz” - "Neftçi” matçının (34-cü tur) 90-cı dəqiqəsində "Kəpəz”in futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 49, 80, və 90-cı dəqiqəsində "Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

"Neftçi” – "İnter” matçının (35-ci tur) 73-cü dəqiqəsində "Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

"Zirə” – "Kəpəz” matçında (35-ci tur) "Zirə”nin 6  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Rəvan” – "Qarabağ” matçında "Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 25-ci dəqiqəsində "Qarabağ”ın futbolçusu Eltun Yaqublu sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right