Prosineçki heyətdə dəyişiklik etdi: Budaq Nəsirov ilk dəfə milli komandamızda!

Yığma komandamızın heyətində dəyişiklik edilib.

Newsport.az-ın məlumatına görə, "Qəbələ”nin yarımmüdafiəçisi Elvin Camalov Avstriyaya aparılmayacaq.
Gənc futbolçu zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə isə baş məşqçi Robert Prosineçki "Kəpəz”in üzvü Budaq Nəsirova dəvət göndərib.

Qeyd edək ki, millimiz mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq  toplanışı keçirəcək və 3 yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

 Affa.az 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right