"Kəpəz”in zədəli futbolçusu Namiq Ələsgərovun durumu bəlli olub.
Newsport.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının XXXV turunda "Zirə” ilə səfər matçının 29-cu dəqiqəsində əzələsini dartan futbolçu tibbi müayinədən keçib.
Millimizin futbolçusunun durumunun ciddi olduğu və 2-3 həftə yaşıl meydanlardan kənar qalacağı açıqlanıb. O, Premyer Liqanın sonuncu – XXXVI turunda "Qəbələ” ilə bürünc medal uğrunda vacib qarşılaşmada komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Kəpəz” – "Qəbələ” amtçı mayın 20-də baş tutacaq.