Prosineçki: "Onun qarşısında baş əyirəm"

"Mən Azərbaycan millisini çalışdırıram. Təxminən 10 gün sonra Andorra ilə keçirəcəyimiz oyun var. Məni hazırda Xorvati millisinin durumu yox, bu oyun maraqlandırır".

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.

Ölkəsinin mətbuatına danışan xorvatiyalı mütəxəssis Çempionlar Liqasının final oyunu haqqında da fikirlərini bildirib:

"Atletiko" güclü komandadadır. Mən bu komandanı finala çıxardan baş məşqçisi Dieqo Simeonenin qarşısında baş əyirəm. Onlar "Barselona" və "Bavariya"nı mübarizədən kənarlaşdırıb. Ancaq "Real"ın yüksək səviyyəli bir çox oyunçusu var.  "Real" həmişə "Real"dır. Bu səbəbdən də onların 11-ci dəfə Çempionlar Liqasının qalibi olacağını gözləyirəm".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right