Braziliyalı futbolçu Aylton Silva mövsü başa çatdıqdan sonra "Neftçi”dən ayrılacaq.
Newsport.az-ın məlumatına görə, müqavilə ilə "Fluminense” klubuna məxsus olan və icarə əsasında "Neftçi”də top qovan müdafiəçi müqaviləsi başa çatdığına görə klubuna qayıdacaq. 21 yaşlı müdafiəçi məsələ ilə bağlı ölkəsinin mətbuatına açıqlama verib. 21 yaşlı müdafiəçi açıqlamasında Bakı klubuna minnətdarlığını bildirib:
"Mənə oynamaq üçün imkan yaratdığına görə Azərbaycan klubuna təşəkkür edirəm. Amma "Fluminense” ilə 2017-ci ilə qədər müqaviləm mövcuddur. Ona görə geri dönməliyəm. Ola bilər ki, yenidən "Neftçi”də çıxış etdim. Bu, klublar arasında həll olunacaq məsələdir. Gənc futbolçu olduğum üçün, "Neftçi” mənim üçün çox yaxşı təcrübə oldu. "Fluminense” böyük komandadı. Orada çox yaxşı məşqçimiz var. İstəyirəm ki, Braziliyada oynayam və rəqabətə davamlı futbolçu kimi yetişəm”.
Qeyd edək ki, Aylton mövsümün əvvəlindən Bakı klubunda çıxış edir. O, "ağ qaralar”ın heyətində 31 oyunda meydana çıxıb və 3 qol vurmağı bacarıb.