"Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcəkləri barədə gəzən söhbətlərə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"Bizim lisenziya baxımından problemimiz yoxdur. Şübhə etmirəm ki, bu baxımdan AFFA-nın bütün tələblərinə cavab veririk. Sadəcə, biz Birinci Divizionda elə yer tutmuşuq ki, Premyer Liqada oynamağa iddia edə bilmirik. "Turan Tovuz" yalnız o halda çempionata buraxıla bilər ki, ya bizdən üst pillələrdə qərarlaşan komandalar lisenziyalaşdırmanın tələblərinə cavab verməsinlər, ya da elitada iştirakçıların sayı artırılsın. Kənardan çox adam komandamızın Premyer Liqaya buraxılacağını deyir, amma özüm rəsmi olaraq heç nə eşitməmişəm".
Azerisport.az