“Qarabağ”ın daha bir potensial rəqibi bəlli oldu

Danimarka Super Liqasının 2015/16 mövsümünün çempionu bəlli olub.
Newsport.az-ın məlumatına görə, XXX tur çərçivəsində baş tutan oyunda "Norşellan"ı Federiko Santanderin dublu sayəsində 2:0 hesabıyla məğlub edən "Kopenhagen" çempionluğunu rəsmiləşdirib. Bu, paytaxt klubunun ardıcıl 3-cü, ümumilikdə isə 12-ci çempionluğudu.
"Kopenhagen" növbəti mövsümdə Danimarkanı Çempionlar Liqasında təmsil edəcək. Paytaxt klubu bu turnirdə ölkəmizi təmsil edəcək "Qarabağ" kimi mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right