Mançini ilk transferin adını açıqladı və İbrahimoviç haqqında danşdı

İtaliyanın "İnter” klubu növbəti mövsüm üçün ilk transferini reallaşdırıb.

Newsport.az saytının məlumatına görə, Milan təmsilçisi İspaniyanın "Sevilya” klubunun futbolçusu Ever Baneqa ilə razılığa gəlib. Bu barədə komandanın baş məşqçisi Roberto Mançini məlumat verib. Təcrübəli mütəxəssis 27 yaşlı futbolçu ilə ilkin razılıq əldə etdiklərini bildirib. Mançini Argentina milli komandasının üzvünə çox inandığını və komandaya maksimum xeyir verə biləcəyinə ümid etdiyini vurğulayıb. 
 
Mütəxəssis həmçinin Fransanın PSJ klubundan ayrılan Zlatan İbrahimoviçin yenidən "İnter”ə qayıtmaq perspektivindən danışıb: "İbrahimoviçin "İnter”ə qayıdacağına inanmıram. Məncə, o artıq öpz qərarını verib və bu, "İnter” deyil. Onun seçimi bizim üçün də xoş deyil. Çünki Zlatan doğrudan da, oyunun axarını dəyişdirə biləcək vacib oyunçudur”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right