Prosineçki 29 futbolçu dəvət etdi: Millimizdə 3 yeni sima

Mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Newsport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki 29 futbolçuya dəvət göndərib. 

Qeyd edək ki, komandamız təlim-məşq toplanışı çərçivəsində Andorra, Makedoniya və Kanada ilə yoldaşlıq oyunları keçirəcək.


Qapıçılar: Səlahət Ağayev (“Sumqayıt), Kamran Ağayev (“İnter”), Anar Nəzirov (“Zirə”)
 
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı “Qarabağ”), Ruslan Abışov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev (hamısı “Qəbələ”), Adil Nağıyev (“Zirə”), Tərlan Quliyev (“Kəpəz”), Ufuk Budak (“Qaziantep Böyükşəhər Bələdiyyəspor”, Türkiyə)
 
Yarımmüdafiəçilər:
 Qara Qarayev, Coşqun Diniyev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Elvin Camalov (“Qəbələ”), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Elvin Məmmədov, Vüqar Mustafayev (hər ikisi “Zirə”), Namiq Ələsgərov (“Kəpəz”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Eddi İsrafilov (“Kordoba”, İspaniya), Murad Səttarlı (AZAL)
 
Hücumçular: Rəşad Eyubov (“Qəbələ”), Ağabala Ramazanov, Amil Yunanov (hər ikisi “Sumqayıt”), Ruslan Qurbanov (“Neftçi”).




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right