"Oyuna yaxşı başlamışdıq, sonra kəllə-mayallaq oldu" - Zaur Svanadze

"İnter"in baş məşqçisi Zaur Svanadze Premyer Liqasının 35-ci turunun "Neftçi" ilə oyunundan sonra mətbuqat qarşısına çıxıb. 

Newsport.az-ın məlumatına görə, gürcü çalışdırıcı 2:4 hesablı məğlubiyyəti belə şərh edib.

"Oyuna çox yaxşı başladıq, amma sonradan hər şey kəllə-mayallaq getdi. Düşünürəm ki, futbolçularımız çox yorulub. Bunu "Xəzər Lənkəran"la oyunun ikinci hissəsində də gördük. Hələ də şansımız var.

Xeyli zədəlilərimiz var, Zurab Xizanişvili yoxdu, Elnur Abdullayev əla formada idi, o da sıradan çıxıb. Zədəlilər olmasaydı, ehtiyat oyunçular skamyasında belə problemlərimiz olmazdı".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right