Azərbaycan Premyer Liqasının 35-ci turunda evdə "Kəpəz"lə heç-heçə edən (2:2) "Zirə"nin baş məşqçisi Adil Şükürov oyunla bağlı fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, Şükürov bunları deyib:
"İlk dəfə olaraq çempionatda çıxış edirik və ikinci yeri tutduq. Bizim üçün sevindirici haldı. Rəhbərliyi, komandanı və azarkeşlərimizi təbrik edirəm.
Çox ağır oyun oldu. 1:1-dən sonra 2-ci qolu buraxmaq ağır gəldi. Ancaq toparlandıq və hesabı bərabərləşdirdik. Yeni mövsüm haqda fikirləşmək olar. Ayrı-ayrılıqda bəzi futbolçularla danışmışıq. Artıq bəzi seçimlər etmişik. Amma ad açıqlaya bilmərəm".