Azərbaycan Premyer Liqasının XXXV turunda "Rəvan” doğma meydanında "Qarabağ”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Newsport.az-ın məlumatına görə, oyunsonrası mətbuat konfransında "Rəvan”ın çalışdırıcısı Bəhmən Həsənov fikirlərini bildirib:
"Məğlub olmaq istəmirdik. Qol epizodlarımız oldu. Futbolçuların ciddi yanaşmaması, imkanlarımızdan yararlanmamağımıza səbəb oldu. Az oynayan futbolçularımızda təcrübə çatmadı. Oyundan və nəticədən razı deyiləm.”
- Növbəti oyunda da heyətdə dəyişiklik gözlənilirmi?
- Bu barədə danışa bilmərəm. Proqramımıza əsasən heyət quracağıq. Heyətdə çox da dəyişiklik etməyəcik.
- Eltunun qırmızı vərəqə alması epizodu ilə bağlı nə deyə bilərsiniz?
- Hələ ki, epizoda baxmamışam. Bu barədə videokadra baxdıqdan sonra qərar verə bilərəm. Top biraz aldadıcı mövqeyə toxundu. Qərara hörmətlə yanaşıram.