"Qəbələ" "Neftçi"nin legionerini istəyir

"Neftçi"nin müdafiəçisi Jayro növbəti mövsümə Azərbaycan Premyer Liqasının başqa klubunda başlaya bilər.

Newsport.az -ın məlumatına görə, onunla "Qəbələ" yaxından maraqlanır.

Məsələ burasındadır ki, braziliyalı futbolçunun paytaxt klubu ilə müqaviləsinin müddəti bu mövsümün sonunda bitir. Amma "Qəbələ" mövsümün bitməsini gözləmədən onunla danışıqlara başlayıb. Jayronun xüsusilə qış fasiləsindən sonrakı uğurlu çıxışı bölgə təmsilçisinin diqqətini cəlb edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right